Paşinyana qarşı yenidən etiraz aksiyaları başlayırbackend

Paşinyana qarşı yenidən etiraz aksiyaları başlayır

Gələn aydan Ermənistanda müxalifət yenidən hakimiyyətə qarşı aksiyalara başlayacaq.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Bildirilir ki, aksiyalar Baş nazir Nikol Paşinyanın Qarabağla bağlı fikirlərinə görə keçiriləcək.

Məlumata görə, etiraz aksiyaları “Müqavimət” hərəkatının təşkilatçılığı ilə  sentyabrın 2-də İrəvanın “Fransa” meydanından başlayacaq.

Qeyd edək ki, Ermənistanda hakimiyyətə qarşı aksiyalar əvvəlcə aprelin 25-də başlayıb yüzlərlə müxalifətçinin tutulması ilə yekunlaşmışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*