“2021-ci il noyabrın 26-da Soçidə Rusiya, Azərbaycan Ermənistan arasında üçtərəfli bəyanat imzalandı. İlk növbədə Ermənistan-Azərbaycan sərhədində təhlükəsizlik və sabitlik istiqamətində addımlar atmalı, bundan sonra delimitasiya və demarkasiya komissiyasının yaradılmasına nail olmalıyıq.
KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, bu fikirləri Ermənistanın baş naziri Nikol Paşinyan səsləndirib. O bildirib k, Ermənistan bu razılaşmanı yerinə yetirməlidir: “Ermənistan və Azərbaycan qoşunlarını sərhəd xəttindən bərabər məsafədə çıxarılmalı, bundan sonra sərhədçilər yerləşdirilməli və razılaşmaların həyata keçirilməsi üçün beynəlxalq monitorinq aparılmalıdır” – Paşinyan vurğulayıb.
Paşinyan qeyd edib ki, Ermənistanla Azərbaycan arasında sərhəd var: “Hələ sovet dövründə delimitasiya olunmuş sərhəd mövcud idi. MDB-nin yaradılması haqqında sazişlə bu sərhədlər Ermənistan və Azərbaycan parlamentlərində tanınıb və ratifikasiya edilib. Hesab edirik ki, razılaşmalar məhz bu məntiqlə həyata keçirilməlidir” – Paşinyan bildirib.
“Biz həmçinin digər təklifləri və ideyaları da dinləməyə hazırıq. Etiraf etməliyik ki, bizim irəli sürdüyümüz təklif nə Ermənistan, nə də Azərbaycan üçün tam rahat deyil. Sərhəd xətti var. Hesab edirik ki, geri çəkilmə sərhəd xətti boyunca həyata keçirilməlidir” – Ermənistanın baş naziri fikirlərini tamamlayıb
Müşviq Tofiqoğlu
KONKRET.az
