Nikol Paşinyan bildirib ki, Ermənistan–Azərbaycan sərhədinin delimitasiyası Almatı Bəyannaməsi əsasında aparılacaq.
KONKRET.az xəbər verir ki, onun sözlərinə görə, tərəflər 2024-cü ildə sərhəd komissiyalarının birgə işi ilə bağlı sənədi ratifikasiya etdikləri üçün məsələ hüquqi baxımdan artıq tənzimlənib.
Delimitasiya mərhələli şəkildə — Gürcüstan sərhədindən İran sərhədinədək aparılacaq, razılaşdırılan hissələrdə isə sonradan demarkasiya işləri görüləcək.
Paşinyan əlavə edib ki, tərəflər qarşılıqlı razılıq əldə edərsə, sərhəd xəttində müəyyən dəyişikliklər də mümkündür və bu proses ictimaiyyətə açıq şəkildə təqdim olunacaq.
O, həmçinin beynəlxalq kommunikasiya layihəsi olan TRIPP (“Tramp marşrutu”) ilə bağlı cənub istiqamətinin prioritet qaydada delimitasiya edilə biləcəyini qeyd edib.
Müşviq Tofiqoğlu
KONKRET.az
