“Nikol Paşinyanın noyabrın 9-da görüşdən və ya videokonfransdan imtina etməsi Azərbaycan tərəfini problemin güc yolu ilə həllinə sövq edib”.
KONKRET.az xəbər verir ki, bu fikirlər “Hraparak” erməni nəşrində yer alıb. Qəzet daha sonra yazır:
“Paşinyan Ermənistan cəmiyyətinin güclü təzyiqindən qorxaraq 9 noyabrda baş tutacaq görüşdən imtina etdi. Onun (Paşinyan) taktikasıdır, təhlükə görəndə geri çəkilir. Ermənistanın ictimai dairələrində elə bir ajiotaj yaranmışdı ki, gözlənilən sənədin imzalanması hakimiyyət dəyişikliyinə səbəb ola bilərdi. Paşinyan sonradan “satqın” adlandırılmaması üçün görüşdən imtina etməyi seçdi və Azərbaycan prezidenti İlham Əliyevə məsələləri güc yolu ilə həll etməyə şərait yaratdı”.
Qəzet Baş nazirin “sözəbaxan” müavinin məhz bu məqsədlə müdafiə naziri təyin edildiyini qeyd edib.
“Nikol Paşinyan silahlı qarşıdurmaya imkan verməyəcək, ona görə də Suren Papikyan müdafiə naziri təyin edilib və düşmən haranı istəsə işğal edəcək və torpaqlarımızı alacaq”, – deyə nəşr yazır.
Xuraman Etibarlı
KONKRET.az