“Paşinyanın Əliyevin arxasında əyləşməsi xüsusi olaraq təşkil edilib” – Tarverdyanbackend

“Paşinyanın Əliyevin arxasında əyləşməsi xüsusi olaraq təşkil edilib” - Tarverdyan

“Ərdoğanın andiçmə mərasimində Nikol Paşinyanın İlham Əliyevin arxasında əyləşməsi xüsusi olaraq təşkil olunub. Burada məqsəd Türkiyənin regional hadisələrdə söz sahibi olduğunu göstərməkdir”.

KONKRET.az xəbər verir ki, bunu Vahid Ermənistan Partiyasının sədri Yervand Tarverdyan deyib.

O bildirib ki, Paşinyanın Türkiyə prezidentinin andiçmə mərasimində iştirakı bu ölkə ilə münasibətlərin normallaşdırılmasına işarədir:

“Mən dövlətin başında olsaydım, bu mərasimdə iştirak etməzdim, aidiyyatı şəxslər iştirak edərdilər, mən isə yox. Ermənistan rəhbərini belə vəziyyətdə görmək mənim üçün xoşagəlməzdir. Türkiyə prezidentinin andiçmə mərasimində Türkiyənin regional hadisələrə münasibətini vurğulamaq üçün Nikol Paşinyanın İlham Əliyevin arxasında əyləşməsi xüsusi olaraq təşkil olunub. Çünki Türkiyə-Azərbaycan tandemi regionda lider olmağa çalışır. Bu təntənəli addımlar təsadüfi deyil, diplomatik dildə istənilən jest istifadə olunur”, – deyə Tarverdyan əlavə edib.

Günel Mikayılova,

KONKRET.az

  • Tahir Qasımov
    İyun 7, 2023 - 07:56

    Tanrıverdinin erməni oynaşindan törəməsi olan bu gədənin sözləri ilə razıyam ki, türklər Paşinyanı doğru yerdə otuzdurmayıblar. Paşikin əsil yeri İlham Əliyevin qucağı idi. Yəni qucaq erməninin ən xoşladığı yerdir. Onlar yalnız qucaqlarda daha rahat olur, inkişaf edə bilir, Kim Kardaşyan olub şöhrətlənə bilirlər. Əcəba Türklər bunu niyə nəzərə almayıb, anlamadım. Yəni sülhün bağlamasında əsas ənğəl “qucaq” məsələsi ola bilər deyə gələcək görüşlərdə mutlaka
    Paşik fundamental şəkildə qucaqda otuzdurulmalı və müxtəlif pozalarda şəkilləri yayımlanmalıdır ki, ermənin canı, ruhu əbədi rahat olsun …

    • Firdovsi
      İyun 7, 2023 - 20:14

      Duz dedin….

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*