Paşinyanın gün ərzində Qarabağla bağlı 2-ci görüşü – Bu dəfə Fransa səfirini yanına çağırdı – FOTObackend

Paşinyanın gün ərzində Qarabağla bağlı 2-ci görüşü – Bu dəfə Fransa səfirini yanına çağırdı - FOTO

Ermənistanın baş naziri Nikol Paşinyan Fransanın İrəvandakı səfiri Ann Luyo ilə ikitərəfli münasibətləri, Qarabağ ətrafındakı, eləcə də regiondakı vəziyyəti müzakirə edib.

KONKRET.az xəbər verir ki, bu barədə informasiyanı Ermənistan hökumətinin mətbuat xidməti yayıb.

Görüşdə baş nazir vurğulayıb ki, Ermənistan-Fransa əməkdaşlığı dinamik şəkildə inkişaf edir. O, İrəvanın Parislə ikitərəfli və çoxtərəfli formatda imtiyazlı əlaqələrin möhkəmləndirilməsində maraqlı olduğunu vurğulayıb.

Paşinyanın sözlərinə görə, Fransa da ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi kimi Qarabağ münaqişəsinin həllində mühüm rol oynayır.

Diplomat öz növbəsində yüksək qiymətə və mövqeyinə görə baş nazirə təşəkkür edib. Onun sözlərinə görə, Fransa da dialoqun inkişafında maraqlıdır.

Qeyd edək ki, Nikol Paşinyan bu gün Rusiyanın səfiri Sergey Kopırkin ilə də görüşərək Qarabağ nizamlanmasını müzakirə edib.

Roman Göytürk,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*