Anna Akopyan “Qadınlar – Siyasi Liderlər” sammitində iştirak etmək üçün Brüsselə gedib.
KONKRET.az xəbər verir ki, Ermənistan baş nazirinin həyat yoldaşı sosial şəbəkədəki səhifəsində “Qadınlar – Siyasi Liderlər” sammitindən fotoları dərc edib.
Akopyanın Brüsselə səfəri erməni sosial şəbəkə istifadəçilər tərəfindən birmənalı qarşılanmayıb. Onlar xatırladıb ki, Nikol Paşinyanın həyat yoldaşı “Haykakan Jamanak” qəzetinin baş redaktorudur:
“Bu necə siyasi liderdir? Qəzet redaktoru nə vaxtdan siyasi lider olub? Bunun siyasətə nə dəxli var?” – deyə oxuculardan biri sual edib.
Akopyanın səfəri ilə bağlı daha maraqlı şərhlər onun şəxsi səhifəsində deyil, “Armenia Today” teleqram kanalında yer alıb.
Belə ki, internet istifadəçilərindən biri yazıb ki, Paşinyanlar sırf neo-osmançıların maraqlarından çıxış edirlər.
“Ər-arvad iki yalançı və cinayətkar İcevan klanının nümayəndələridir. istənilən toplantıda, tribunalarda Ermənistanı parçalayırlar. Sevinin, neo-osmançılar”, – deyə oxucu fikrini yekunlaşdırıb.
Günel Mikayılova,
KONKRET.az