Paşinyanın oğlu İrəvandakı İsrail şirkətində İŞƏ GÖTÜRÜLDÜbackend

Paşinyanın oğlu İrəvandakı İsrail şirkətində İŞƏ GÖTÜRÜLDÜ

“İsrailin “Webiz” şirkəti öz ölkəsində proqramçı kəsirini doldurmaq üçün İrəvanda filial açmağa hazırlaşır”.

KONKRET.az xəbər verir ki, Panorama.am-ın yazdığına görə, bu haqda İsrailin nocamels.com saytı informasiya yayıb.

Məlumatda deyilir:

“Baş nazir Nikol Paşinyanın oğlu Aşot Paşinyan da menecer kimi İsrail şirkətində işə götürülüb. Ermənistan bölməsinə İsraildən olan komanda nəzarət edəcək.

Şirkət proqramçıları həm özünün yenidən hazırlıq proqramlarının iştirakçılarından, həm də peşəkar proqramçılar arasından seçir. Sentyabrda şirkət bildirib ki, texnoloji kadrların işə götürülməsi və Tbilisidə yenidən hazırlıq mərkəzinin açılması ilə 200-ə yaxın gürcü İsrailin yüksək texnologiya şirkətlərində rəhbər vəzifələrə yüksəlib.

Təşkilatın baş direktoru Eyal Bar-Öz Ermənistanda filialın açılmasının İsrailə bu ölkədə İT mütəxəssislərinin, xüsusən də kibertəhlükəsizlik, süni intellekt və məlumat bazası sahələrində çatışmazlıqları azaltmağa kömək edəcəyini bildirib.

Bu minvalla bir neçə ay əvvəl İrəvanın mərkəzindəki pabların birində pivə satan kiçik Paşinyan İsrail şirkətinə erməni informasiya texnologiyaları mütəxəssisləri cəlb edəcək.

Əlavə edirik ki, Paşinyanın qızı Mariam 2019-cu ildən “Digitain” şirkətində bazar araşdırması və ictimaiyyətlə əlaqələr üzrə koordinator kimi çalışır” -erməni nəşri belə yazır./moderator.az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*