Paşinyanın partiyasının nisbi qələbəsi YENİ İNTRİQAYA SƏBƏB OLDUbackend

Paşinyanın partiyasının nisbi qələbəsi YENİ İNTRİQAYA SƏBƏB OLDU

Dekabrın 5-də Ermənistanda yerli özünüidarə orqanlarına keçirilən seçkilərin nəticələri açıqlanıb.

KONKRET.az erməni mediasına istinadla xəbər verir ki, seçkilərdə baş nazir Nikol Paşinyanın “Mülki müqavilə” partiyasının qələbə çalıb. Bu qələbə yeni intriqaya səbəb olub. Belə ki, tanınmış Talin icmasının Ağsaqqallar Şurası ilə Paçinyanın partiyası arasında narazılıq yaranıb.

MSK-nın məlumatına görə, seçicilərin 46,63%-i Paşinyanın partiyasına səs verib. İkinci yeri radikal müxalif Oyanış partiyası tutub. Onun 26,68%-i var. Sonra 15,03% səslə “Hayk” Liberal Partiyası və 11,64%  səslə “Bizim İcma” partiyalar bloku gəlir.

Beləliklə, hakim partiyanın rəqibləri ümumilikdə daha çox səs toplayıb. Lakin qələbəni  Nikol Paşinyanın “Mülki müqavilə” partiyasının qazandığını açıqlayıblar.

Xuraman Etibarlı,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*