Paşinyanın reytinqi AZALIBbackend

Paşinyanın reytinqi AZALIB

Amerikanın “Gallup İnternational Association” tədqiqat şirkətinin keçirdiyi sorğuların nəticələrinə əsasən, Ermənistan sakinləri arasında Nikol Paşinyanın reytinqi 2018-2019-cu illərlə müqayisədə azalıb.

KONKRET.az xəbər verir ki, 2018-ci ildə keçirilən sorğu zamanı Ermənistan sakinlərinin 60,2%-i Nikol Paşinayana etibar edib, 31,8%-i suala cavab verməkdə çətinlik çəkib, 2018-ci illə müqayisədə Paşinyana olan etimad 36,6% azalaraq 39,9% təşkil edib.

Artıq 2021-ci ildə noyabrda keçirilən sorğunun nəticələrinə görə, sakinlərin 14,7%-i Ermənistan Baş nazirinə etimad göstərib, 39,4%-i isə ona ümumiyyətlə inanmır.

Keçirilən sorğuların nəticələrinə əsasən, respondentlərin 33,4%-i Ermənistan Baş naziri Nikol Paşinyanın işini bəyənib, 49,4%-i isə Paşinyanın fəaliyyətini bəyənmir.

Respondentlərin 60%-i Ermənistan prezidenti Armen Sarkisyanın işindən narazıdır, 18,7%-i isə Ermənistan prezidentinin fəaliyyət üslubundan razıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*