“Paşinyanın yenidən seçilməsi Azərbaycan üçün faydalıdır”.
KONKRET.az-ın erməni KİV-lərinə istinadına görə, Dövlət Dumasının deputatı, MDB Ölkələri İnstitutunun rəhbəri Konstantin Zatulin “SputnikArmeniya”-ya verdiyi müsahibəsində Bakının Paşinyanla münasibətlərinin asan olduğunu söyləyib. Baş naziri “məğlubiyyətin sinonimi” adlandıran Zatulin daha sonra deyib:
“Ona təzyiq etmək, təhdid etmək, qorxutmaq asandır. Paşinyanı bu gün rəhbərlik etdiyi hökumətə qarşı çıxan hər kəsdən üstün tuturlar.
Rusiyaya gəlincə, rəsmi olaraq Ermənistanın daxili işlərinə qarışmaqdan çəkinir, çünki rəsmi səviyyədə hər hansı bir müdaxilə erməni xalqı tərəfindən yanlış anlaşıla bilər. Eyni zamanda, Rusiyadakı erməni diasporu müharibədən sonra yaranan vəziyyətə və baş nazirin hərəkətlərinə görə sıx birləşib və mübarizə aparır.
Onu da qeyd edim ki, bundan əvvəl Robert Köçəryan Əliyevin Ermənistandakı seçkilərə təsirlərindən danışmışdı”.
Xuraman Etibarlı
KONKRET.az
