Ermənistanın Baş naziri Nikol Paşinyan ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
KONKRET.az TASS-a istinadən xəbər verir ki, söhbət zamanı Qarabağdakı vəziyyət müzakirə edilib, 9 noyabr 2020-ci il, 11 yanvar 2021-ci il və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatların icrasına toxunulub.
Ermənistan və Rusiya liderləri Ermənistan-Türkiyə dialoqu, son regional hadisələr və Ukraynadakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.
