Patriarx Kirillin avtomobili Moskvanın mərkəzində qəzaya düşüb.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.
Qəza səhər saat 6:30 radələrində Mira prospekti ilə Bolniçnı prospektinin kəsişməsində baş verib.
Xarici markalı avtomobil zolaqdan çıxarkən Aurus Volvo ilə toqquşub. Hadisə yerinə təcili yardım maşınları, polis cəlb olunub.
Məlumata görə, Aurus Patriarx Kiril üçün təyin edilib, lakin onun maşında olub-olmadığı məlum deyil.
Xuraman Etibarlı,
KONKRET.az