2022-ci il Qış Olimpiya Oyunlarının bağlanış mərasimi keçirilir – CANLIbackend

2022-ci il Qış Olimpiya Oyunlarının bağlanış mərasimi keçirilir - CANLI

Pekində 2022-ci il Qış Olimpiya Oyunlarının bağlanış mərasimi keçirilir.

KONKRET.az xəbər verir ki, təntənəli tədbir 2008-ci ildə inşa edilmiş Pekin Milli Stadionunda təşkil olunub. Arena bu Olimpiadanın açılışına da ev sahibliyi edib.

Qeyd edək ki, yarışların yekun nəticələrinə əsasən, ölkələrin ümumi sıralamasında 37 medalla (16 qızıl, 8 gümüş, 13 bürünc) Norveç birinci, Almaniya (12 qızıl, 10 gümüş və 5 bürünc medal) ikinci, Rusiya isə 32 medalla üçüncü olub.

Medal əyarına görə isə ilk üçlüyü 9 qızıl, 4 gümüş və 2 bürünclə ev sahibi Çin tamamlayıb.

11:53

Pekin-2022 Qış Olimpiya Oyunları başa çatıb.

KONKRET.az-ın məlumatına görə, bu gün son 5 medal dəsti sahibini tapıb.

Ümumilikdə yarışda 109 dəst mükafat oynanılıb. Norveç medal sıralamasında qalib adına yiyələnib. Fevralın 4-də açılışı olan yarışda 29 ölkə təmsilçiləri medal əldə edib. Onlardan 23-ü çempionluq sevinci yaşayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*