Pelosinin təyyarəsi ENDİ – Çin qırıcıları Tayvana ÇATIR – VİDEObackend

Pelosinin təyyarəsi ENDİ - Çin qırıcıları Tayvana ÇATIR - VİDEO

Pelosinin təyyarəsi artıq Tayvanın hava hücumundan müdafiə identifikasiya zonasına daxil olub və enməyə başlayıb.

KONKRET.az xəbər verir ki, Tayvan televiziyası ölkədə döyüş hazırlığının üç səviyyəsindən ikincisinin tətbiq olunduğunu elan edib.

Çin Hərbi Hava Qüvvələri Su-35 qırıcılarını Tayvan boğazına göndərib.

Hazırda Pelosi ola biləcək göyərtəsində olan təyyarə Tayvanın Taypeyi istiqamətində eniş edir.

Taypey sakinləri Pelosinin xüsusi təyyarəsinin enişini gözləmək üçün Sunşan hava limanının ətrafına toplaşırlar.

Çinin Su-35 qırıcıları Tayvan boğazını keçərək Tayvana doğru uçur. Onlar Tayvan boğazına patrul göndərilir.

Çinin cənub-şərq bölgələrində (Fujian əyaləti) hava hücumu siqnalları verilir.

Qeyd edək ki, hazırda Pelosinin təyyarəsini 630 mindən çox insan izləyir.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*