Pentaqondan Putinin nüvə silahından istifadə hədəsinə ŞOK REAKSİYAbackend

Pentaqondan Putinin nüvə silahından istifadə hədəsinə ŞOK REAKSİYA

“Putinin nüvə silahından istifadə etməklə bağlı hədəsinə şübhə etmirik”.

KONKRET.az xəbər verir ki, müvafiq bəyanat ABŞ Müdafiə Nazirliyinin saytında dərc olunub.

“Bizim bu xəbərlərin doğruluğuna şübhə etməyə heç bir əsasımız yoxdur”, – yüksək rütbəli müdafiə rəsmisi brifinqdə deyib.

Rəsminin fikrincə, bu, Putin tərəfindən lazımsız addımdır, çünki Rusiya heç vaxt NATO tərəfindən təhdid edilməyib:

“Bu, eskalasiyadır, çünki güclər potensial olaraq cəlb olunur və bu, səhv hesablandıqda vəziyyəti daha da təhlükəli edə bilər”, – deyə rəsmi vurğulayıb.

“Biz özümüzü, müttəfiqlərimizi və tərəfdaşlarımızı, o cümlədən strateji çəkindirmə sahəsində qorumaq qabiliyyətimizə əminik”.

Xatırladaq ki, fevralın 27-də saat 15:00 radələrində Rusiya prezidenti Vladimir Putin müdafiə naziri və Baş Qərargah rəisinə mühafizə qüvvələrinin xüsusi döyüş növbətçiliyi rejiminə keçirilməsi barədə göstəriş verib.
Prezident Aparatı rəhbərinin müşaviri Aleksey Arestoviç bildirib ki, bütün Ukrayna ordusu nüvə zərbələri ilə məhv edilərsə, Rusiya Federasiyasının özünün Avropa hissəsi və Belarus uzun illər həyat üçün yararsız hala düşəcək. Bu, Putinin ödəməyə hazır olduğu bədəl deyil.

Arestoviç Putinin ətrafının nüvə silahından istifadəyə razı olacağına da şübhə edir.

Vəsilə İbrahim

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*