Peqov indi də Qazaxıstana getdi – VİDEObackend

Peqov indi də Qazaxıstana getdi - VİDEO

Vətən Müharibəsi zamanı cəbhədən Azərbaycanın əleyhinə təxribat xarakterli məlumatlar yayan, ​“WarGonzo”nun jurnalisti Semyon Peqov Qazaxıstana gedib.

KONKRET.az xəbər verir ki, bu barədə o, Teleqram kanalında yazıb. Peqov Rusiya sülhməramlı kontingentinin təyyarəsi ilə Baykanura yola düşüb. O, Baykanur kosmodromundan çəkiliş edərək son vəziyyətlə bağlı məlumat verib.

Qeyd edək ki, Semyon Peqovun Rusiya sülhməramlılarının təyyaərsi ilə Qazaxıstana getməsi sosial şəbəkənin Azərbaycan seqmentində birmənalı qarşılanmayıb və müzakirələrə səbəb olub.

Xatırladaq ki, müharibə zamanı cəbhədən təxribat xarakterli məlumatlar yayan Semyon Peqovla bağlı Azərbaycanın Baş prokuroru tərəfindən Cinayət Məcəlləsinin 214-2 (terrorçuluğa açıq çağırışlar), 281.1 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanılmış və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.

Modern.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*