Peru prezidenti Meksikadan sığınacaq istədibackend

Peru prezidenti Meksikadan sığınacaq istədi

İstefaya göndərilən Peru prezidenti Pedro Kastilyo Meksikadan siyasi sığınacaq istəyib.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə Meksika xarici işlər naziri Marselo Ebrard tviterdə yazıb.

Onun sözlərinə görə, Meksikanın Perudakı səfiri Pablo Monroy Limada həbsdə olan siyasətçi ilə görüşüb.

“Kastilyo bu səhər Meksika səfirliyinə daxil olan sığınacaq ərizəsini göndərdiyini təsdiqləyib. Biz Peru hökuməti ilə məsləhətləşmələrə başlamışıq”, – o bildirib.

Nazir qeyd edib ki, Meksika siyasətçiyə sığınacaq verməyə hazırdır.

Xatırladaq ki, dekabrın 7-də Peru Prezidenti Pedro Kastilyo parlamentin buraxıldığını bildirib və ölkədə fövqəladə vəziyyət elan edib. Qanunvericilər səsverməni ləğv etməyib və dövlət başçısının istefasını təsdiqləyib. Hərbçilər və polis Konqresə dəstək verib. İşdən çıxarıldıqdan sonra eks-prezident saxlanılıb və üsyan təşkil etməkdə ittiham olunub.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*