Pərvizi “Survivor”dakı bu sözlərinə görə alqışladılarbackend

Pərvizi "Survivor"dakı bu sözlərinə görə alqışladılar 

Türkiyənin “TV8” kanalında yayımlanan “Survivor Ekstra” verilişində azərbaycanlı idmançı Pərviz Abdullayevdən danışılıb.

KONKRET.az xəbər verir ki, “Survivor 2020” yarışmasında iştirak edən həmyerlimizin performansı haqqında söhbət edilib.

Aparıcılar Pərvizin ən güclü iştirakçılardan biri olduğunu deyib. Həmyerlimiz dil problemi olduğu üçün komanda yoldaşları ilə dialoq qura bilmirdi.

Aparıcılar buna diqqət çəkərək artıq problemin həll olunduğunu söyləyib. Zarafatları, söhbətləri və iddialı cümlələri ilə artıq tamaşaçıların da ürəyinə yol tapan Pərviz performansı ilə də diqqət mərkəzindədir.

Pərvizin “Bu yarış mənimdir” sözləri isə aparıcıların xoşuna gəlib və efirdən onu alqışlayıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*