Peşə təhsilinə maraq artıb – SƏBƏBbackend

Peşə təhsilinə maraq artıb - SƏBƏB

Peşə təhsili almaq istəyənlərin sayı artıb.

KONKRET.az xəbər verir ki, Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən 2024/2025-ci tədris ili üzrə peşə təhsil müəssisələrinə tələbə qəbulu prosesinin yekunu ilə bağlı nəticələr elan olunub.

Məlumatda qeyd olunub ki, 2024/2025-ci tədris ili üzrə tələbə qəbulu 84 peşə təhsili müəssisəsində 136 ixtisas üzrə aparılıb və 24 min 821 nəfər qəbul olunub.

Qəbul sayı ötən illə müqayisədə 4258 nəfər çoxdur.

Belə ki, 2023/2024-cü tədris ili üzrə tələbə qəbulu 66 peşə təhsil müəssisəsində 128 ixtisas olmaqla aparılıb və qəbul sayı 20 563 olub.

Aygün,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*