backend

Peskov Azərbaycan və Ermənistandan meyvə və tərəvəz idxalının qadağan olunmasına münasibət bildirdi

“Təbii ki, bunların hamısı Nazirlər Kabineti ilə iş birliyində edilir və bu qərarların verilməsi üçün açıq meyarlar mövcuddur. Bilirsiniz ki, bu qərarlar viruslarla əlaqəlidir. Əlbəttə ki, pandemiya dövründə buna xüsusi diqqət yetirilir”.

KONKRET.az xəbər verir ki, bu fikirləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında söyləyib. O əlavə edib ki, “Azərbaycan və Ermənistandan meyvə və tərəvəz idxalının qadağan edilməsi Kremlin deyil, ixtisaslaşmış şöbənin səlahiyyətinə aiddir”.

Xəbər verildiyi kimi  Rusiyanın “Rosselxoznadzor” qurumu tərəfindən dekabrın 10-dan etibarən Azərbaycandan Rusiyaya pomidor və alma idxalını qadağan edib. Məhdudiyyətlərin tətbiqi Azərbaycan məhsullarının zərərli orqanizmlərlə davamlı təchizatı ilə əlaqələndirilir: Cənubi Amerika pomidor güvəsi və şərq güvəsi.

Öz növbəsində, dekabrın 14-dən bu qadağa Ermənistanın Armavir bölgəsindən Rusiya Federasiyasına gətirilən pomidor və bibərin gətirilməsinə də tətbiq ediləcək.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*