Peskov: “İŞİD liderinin ölümü təsdiqini taparsa …”backend

Peskov: "İŞİD liderinin ölümü təsdiqini taparsa ..."

Kreml İŞİD terror təşkilatının lideri Əbubəkr əl-Bağdadinin öldürülməsinə münasibət bildirib.

KONKRET.AZ xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, İŞİD liderinin ölümü təsdiqini taparsa, bu zaman ABŞ Prezidenti Donald Trampın beynəlxalq terrorçuluqla mübarizəyə verdiyi ciddi töhfədən danışmaq olar.

“Öz-özlüyündə bu xəbər Rusiya hakimiyyətinin mənfi reaksiyasına səbəb ola bilməz. Həqiqətən də bizim hərbçilər həmin bölgədə Amerika təyyarələrini və pilotsuz uçuş aparatlarını görüblər”, – deyə Kremlin sözçüsü vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*