Rusiya prezidenti Vladimir Putin şəxsi həyatının ictimailəşdirilməsini heç zaman istəməyib, bu gün də bununla bağlı mövqeyini dəyişdirməyib. Rusiya cəmiyyəti bu mövqedən xəbərdardır”.
KONKRET.az xəbər verir ki, bunu Rusiya liderinin mətbuat katibi Dimitri Peskov deyib. Jurnalistlər Peskovdan prezidentin şəxsi həyatının vətəndaşlar üçün qapalı saxlamasının səbəbini soruşublar. Peskovsa “Bu, onun seçimidir və Putin bunu dəfələrlə açıq şəkildə deyib. O ki qaldı seçicilərin seçdikləri prezidenti daha yaxından tanımaq istəyinə, bu məsələdə prezidentin mövqeyi məlumdur. Bütün Rusiya vətəndaşları dəfələrlə Putinə səs veriblər, onu dəstəkləyiblər. Bu etimad onun ailəsinə görə yox, ictimai-siyasi fəaliyyətinə görə olub”.
Peskov Prezidentin ailəsi ilə bağlı seçdiyi strategiyanın səbəbinin terrorla bağlı olmadığını da qeyd edib. Çünki terror təhlükəsi hər yerdə aktualdır.
KONKRET.az