Peskovdan Bayden-Putin görüşü ilə bağlı AÇIQLAMAbackend

Peskovdan Bayden-Putin görüşü ilə bağlı AÇIQLAMA

“Videokonfrans zamanı Rusiya və ABŞ arasındakı ikitərəfli münasibətlər də müzakirə olunacaq”.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov deyib.

“İndiyə qədər baş verənlər kifayət qədər böhranlı görünür. Odur ki, Cenevre razılaşmalarına yenidən baxılması lazım gələcək. Münasibətlərdəki geriləmənin necə, harada kompensasiya edilməsi lazım olduğu müəyyənləşdirilməlidir”, – o bildirib.

Qeyd edək ki, bu gün ABŞ Prezidenti Cozef Bayden və Rusiyanın dövlət başçısı Vladimir Putin arasında videokonfrans formatında görüş olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*