Peskovdan Dağlıq Qarabağın  statusu ilə bağlı AÇIQLAMAbackend

Peskovun Dağlıq Qarabağ AÇIQLAMASI

Rusiyanın da digər ölkələr kimi Dağlıq Qarabağın statusuna dair mövqeyi dəyişməyib.

KONKRET.az  “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Dağlıq Qarabağın kimə məxsus olması kifayət qədər çoxdan BMT Təhlükəsizlik Şurasının qətnamələri ilə müəyyən olunub.

“Bütün bunlar BMT Təhlükəsizlik Şurasının qətnamələrində göstərilib”, – deyə o vurğulayıb.

Peskov Rusiya Prezidentinin Ermənistanın özünün belə Dağlıq Qarabağı tanımadığı fikrini xatırladıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*