“Peyvənd ölümdən 95 faiz qoruyur” – Baş pediatrbackend

“Peyvənd ölümdən 95 faiz qoruyur” - Baş pediatr

Koronavirus pandemiyası dövründə virusdan qorunmağın ən yaxşı yolu peyvənddir. Elmi tədqiqatların nəticəsinə əsasən, ola bilsin ki, gələcəkdə uşaqlar da koronavirusa qarşı vaksin oluna bilərlər.

KONKRET.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş pediatrı Erkin Rəhimov deyib.

O bildirib ki, uşaqların hələ vaksin olunmadığını nəzərə alaraq, hər kəs onları qorumaq üçün peyvənd vurdurmalıdır:

“Vaksinasiyadan keçənlər də koronavirusa yoluxa bilərlər, yəni, heç bir peyvənd 100 faiz qorumur. Elmi tədqiqatlara əsasən, peyvəndləmə reanimasiyaya düşmə və ölüm hallarından 95 faiz qoruyur. COVID-19-a görə vəfat edənlərin əksəriyətinin vaksinasiyadan keçməyənlər olduğu sübut edilib. Koronavirus peyvəndinin hər iki dozasını qəbul edənlər arasında ölüm riski çox aşağıdır. Peyvənd vurdurmaqda məqsəd həm özümüzü, həm də cəmiyyəti qorumaqdır. Əhalinin 70-80 faizi mütləq COVID-19 əleyhinə peyvənd vurdurmalıdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*