“Pianoçu” filmindəki səhnəyə bənzər REALLIQ: Gəncə sakini dağıdılmış evində piano ifa etdi – VİDEObackend

"Pianoçu" filmindəki səhnəyə bənzər REALLIQ: Gəncə sakini dağıdılmış evində piano ifa etdi - VİDEO

Mənfur düşmənin Gəncəyə raket hücumu nəticəsində dağılan evlərdən birinin sahibi Abbas Səmədovdur.

“TRT Haber” onun xain hücuma məruz qalan evində piano ifa etməsinin görüntülərini yayıb.

A.Səmədov evinin dağılmasına baxmayaraq, ruh yüksəkliyi ilə “Sarı Gəlin”i ifa edir.

“Hər şey yaxşı olacaq! Hiss edirəm ki, gələcəyimiz yaxşı olacaq. Övladlarımızın canı erməni faşistlərindən qurtarsın!”, – deyə o qeyd edib.

Qeyd edək ki, bu təsirli görüntülər məşhur Pianoçu filmindəki səhnə ilə oxşardır.

Belə ki, milliyyətcə yəhudi olan məşhur polyak pianoçusu Vladislav Şpilmanın həyatından bəhs edən filmdə faşistlərin terroruna məruz qalan qəhrəman dağılmış bir evdə piano ifa edir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*