Pişiklə təmasdan keçən virus ölümə səbəb oldu. “Alyaska çiçək xəstəliyi” haqqında nə məlumdur?backend

Pişiklə təmasdan keçən virus ölümə səbəb oldu. “Alyaska çiçək xəstəliyihaqqında nə məlumdur?

ABŞ-ın Alyyaska şirkətində naməlum virus yoluxmasından bir nəfər ölüb. Ölkənin Səhiyyə Nazirliyi ehtimal edirlər ki, bu virus “Alyaska çiçək xəstəliyi”dir. Bildirilir ki, bu virusdan ölüm halı ilk dəfədir ki, baş verir.

KONKRET.az xəbə verir ki, ABŞ-nin Kenay yarımadasında həmin xəstəliyi Alyaskapox virusu da adlanır.

Qeyd olunur ki, amerikalı bu xəstəliyə qarşı immun sistemi zəifləyib. O, meşəlik ərazidə tək yaşab və sahibsiz bir pişiklə təmasda olub. Ehtimal olunur ki, virus ona məhz bu pişikdən keçib.

Qeyd edək ki, virus ilk dəfə 2015-ci ildə aşkar edilib. Alyaskapox virusunun simptomları çiçək xəstəliyinə bənzəyir. Alyaska çiçək infeksiyası yalnız altı nəfərdə təsdiqlənib. Bütün infeksiyalar heyvanlarla təmas nəticəsində baş verib.

Epidemioloq doktor Culiya Rocersin sözlərinə görə, heyvanlar daha tez virusa yoluxurlar. O, belə infeksiya hallarının nadir olduğunu deyir və bildirir ki, heç bir təşvişə səbəbə yoxdur. Çünki immun çatışmazlığı olan insanlar arasında ölüm ehtimalı az olacaq. Ekspert hesab edir ki, virus çox güman ki, xəstə heyvanla birbaşa təmasda keçir. Eyni zamanda Rocers virusun insandan insana keçməsinə dair heç bir dəlil olmadığını vurğulayıb.

Yerli hakimiyyət orqanları xəstəliklə bağlı sınaqdan keçirib. Virus əsasən qırmızı sıçan və dələlərdə aşkar edilib. Çox az yoluxma halları olduğundan, epidemioloqlar insanların Alyaska çiçək xəstəliyinə necə yoluxa biləcəyini dəqiq bilmirlər.

Bununla belə, Kenay yarımadasında bir insanda tapılan çiçək xəstəliyinin bu ştammı Alyaskanın daxili hissəsindəki insanlarda və heyvanlarda tapılan ştamından fərqlidir. Səhiyyə departamentinin rəsmiləri hesab edirlər ki, bu, virusun Alyaskada əvvəlcədən düşünüldüyündən daha geniş yayıldığını göstərə bilər. Alyaska Muzeyi Universiteti, eləcə də Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri geniş araşdırmalara başlayıb.
Yalnız elmə o məlumdur ki, viruslar mutasiyaya uğrayıb

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*