Piyadanı vuraraq öldürən polis işdən çıxarıldıbackend

Piyadanı vuraraq öldürən polis işdən çıxarıldı

Şəmkir Rayon Polis Şöbəsinin Kür Polis Bölməsinin rəisi, polis polkovniki Ədalət Sadıqov vəzifəsindən azad edilib.

KONKRET.az Qafqazinfo-ya istinadla xəbər verir ki, o, Şəmkir Rayon Polis Şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı vəzifəsinə keçirilib.

Qeyd edək ki, ötən ilin avqustunda Ə.Sadıqov ölümlə nəticələnən yol qəzası törətmişdi. Belə ki, polis polkovniki gecə saatlarında “KİA” markalı avtomobillə Tovuz rayonu istiqamətində hərəkətdə olarkən 1996-cı il təvəllüdlü Samir Sadıqovu vurmuş və piyada həyatını itirmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*