Piyadanı vurub öldürən sürücünün ürəyi tutub öldübackend

Piyadanı vurub öldürən sürücünün ürəyi tutub öldü

Tovuzda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. Hadisə rayonun Aşağı Quşçu kəndinin ərazisində qeydə alınıb.

KONKRET.az xəbər verir ki, kənd ərazisində hərəkətdə olan “VAZ 2107” markalı avtomobil yolu keçmək istəyən hələlik kimliyi məlum olmayan səxsi vurub. Ağır xəsarət alan piyada yerindəcə dünyasını dəyişib.

Hadisədən bir müddət sonra sürücü, Şəmkir rayon Düyərli kənd sakini 32 yaşlı Röyal İmanovun qəfil halı pisləşib. Dərhal ona təcili tibbi yardım çağırılıb. Bütün zəruri tədbirlərə baxmayaraq, sürücü ürək tutmasından vəfat edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*