PKK Azezdə bomba partlatdı: 5 ölü, 15 yaralıbackend

PKK Azezdə bomba partlatdı: 5 ölü, 15 yaralı

PKK terror təşkilatı Suriyanın Türkiyə sərhədindəki Azez mahalında bomba partladıb.

KONKRET.az Türkiyə mediasına istinadən xəbər verir ki, nəticədə 5 mülki vətəndaş həyatını itirib, 15 nəfər yaralanıb. Yaralılar xəstəxanalara göndərilib. Ölənlərin sayının arta biləcəyi deyilir. Partlayış ətraf mühitə ciddi ziyan vurub. Azezin cənub-qərbindəki Tel Rıfat bölgəsini işğal edən terror təşkilatı YPG / PKK hərbi müxaliflərin nəzarəti altında olan yaşayış məntəqələrini tez-tez atəşə tutur.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*