PKK-ya qarşı daha bir ƏMƏLİYYAT: İki rəhbər şəxs həbs edilib Türkiyəyə aparıldıbackend

PKK-ya qarşı daha bir ƏMƏLİYYAT: İki rəhbər şəxs həbs edilib Türkiyəyə aparıldı

Türkiyə Milli Kəşfiyyat İdarəsi (MİT) PKK/KCK terror qruplaşmasına qarşı yeni əməliyyat keçirib.

KONKRET.az xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Nəticədə qruplaşmanın rəhbərliyində təmsil olunan Pərvin Arslan və Əmrah Adıgözəl həbs olunublar. Ə.Adıgözəl terror təşkilatının rəhbərlərindən Duran Kalkanın mühafizəçisi olub.

Terrorçular Türkiyəyə gətiriliblər və hüquq-mühafizə orqanlarına təhvil veriliblər. Lakin əməliyyatın hansı ölkədə keçirildiyi açıqlanmayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*