Plastik kartlarla 190 manatın ödənilməsinə BAŞLANILDI – BU BANKA YAXINLAŞINbackend

Plastik kartlarla 190 manatın ödənilməsinə BAŞLANILDI - BU BANKA YAXINLAŞIN

Nazirlər Kabinetinin təsdiq etdiyi Tədbirlər Planında işsiz kimi qeydiyyata alınan şəxslərə mayda hər ay üçün yaşayış minimumu qədər (190 manat) birdəfəlik ödənişlərin plastik kartlar vasitəsi ilə verilməsi nəzərdə tutulub.

KONKRET.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumatda deyilir ki, Tədbirlər Planına əsasən, “Rabitəbank” ASC 21 min nəfərdən çox vətəndaşa birdəfəlik ödəmələrin təqdim olunmasını həyata keçirməyə başlayıb. Vətəndaşlar “Rabitəbank”ın lokal plastik kartlarını əldə edərək ödəmələrini “Rabitəbank” ATM-lərindən əldə edə biləcəklər.

Ödəmələr yalnız Bakı şəhərində deyil, bankın fəaliyyət göstərdiyi bütün regionlarda da həyata keçirilir. Vətəndaşlar onlara göndərilmiş SMS bildirişdə qeyd edilən “Rabitəbank” filialına yaxınlaşaraq 190 AZN birfəfəlik yardım olan bank kartlarını əldə edə bilərlər.

Qeyd edək ki, birdəfəlik ödəməni yalnız işsizlik statusu rəsmiləşdirilmiş şəxslər ala bilərlər. Qanuna əsasən, sahibkarlar, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olanlar, ailə kəndli təsərrüfatının üzvləri, əyani təhsil alan tələbələr və başqaları məşğul şəxs sayıldığından işsiz şəxs kimi qeydiyyata alınmır.

  • Rehim
    May 6, 2020 - 19:28

    Salam men 1ci 190 manati almiwam bu gu seher mesaj geldiki siz azteminatli aile deyilsiz bu nece olur gelib yoxluyunda gorun .. bu geder haksizliq olmaz kimede muraciyet edirem here bir soz deyir

  • Rəhimova Mətanət Maarif qizi
    May 6, 2020 - 21:04

    Mən aprelin 9dan qeydiyyatdan kecmisəm. Bu gecə saat 2 də sms gəlib ki guya Aztəminatliliq meyarina uygun gəlməmisik. Bu da təzə maddədi xəbərimiz yoxuymus. Axira qalanlarin hamisina bu sms gəlir. Biz də umidlə sms gozləyirdik.
    Ailədə 4 nəfərik. Hec kim də isləmir. Basqa yerden gelir yerimiz de yoxdu. Adimiza hec nə yoxdu. Yoxlaya bilərsiniz. Corək almaga pulumuz da qalmayib. Ərzaq yardimina yazildim o da gəlmədi.
    Basa dusmurəm bu Aztəminatliliq meyarina uygun gəlmək ucun olmək lazimdir ??? Xahis edirəm komək edəsiniz. Mənim sənədlərimi bir də yoxlayasiniz.
    Bu mənim fin kodum 3ZMXDMP
    Telefon nomrem 0554677170

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*