Polis maşını çaya düşdü – Ölən və yaralananlar var / YENİLƏNİBbackend

Polis maşını çaya düşdü - Ölən və yaralananlar var / YENİLƏNİB

Yevlaxda polis maşını Kür çayına düşüb.

KONKRET.az-ın məlumatına görə, hadisə Kür çayı üzərində yerləşən köhnə körpü üzərində baş verib. Xidmət yerinə gedən polis maşını idarəetmədən çıxaraq körpüdən Kür çayına düşüb. Qəza zamanı maşında 4 polis əməkdaşı olub. 1996-cı il təvəllüdlü Əsədov Süleyman Təyyar oğlu, 1997-ci il təvəllüdlü Həsənov Səfər Tariyel oğlu və 2001-ci il təvəllüdlü Elgün Mehmanoğlu batan maşından sağ qurtularaq sahilə çıxarılıb. 1996-cı il təvəllüdlü Məmmədov Kamran Azər oğlu isə çayda batıb. Onun axtarışlarına hazırda dalğıc axtarış qrupu cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

09:24

Yevlaxda polis əməkdaşı həlak olub.

KONKRET.az-ın məlumatına görə, hadisə bu gün səhər saat 7:00 radələrində baş verib.

DİN-in Mətbuat Xidmətindən saytımıza bildirilib ki, Yevlax Rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı Kamran Məmmədov təlimə gedərkən rayon ərazisində baş vermiş yol-nəqliyyat hadisəsı nəticəsində həlak olub.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*