Azərbaycanda polis rəisinin müavini vəfat edib.
KONKRET.az report-a istinadən xəbər verir ki, Xızı Rayon Polis Şöbəsinin rəis müavini, polis polkovnik-leytenantı Faiq Əbülhəsənov dünyasını dəyişib.
O, uzun müddətdir ağır xəstəlikdən əziyyət çəkirmiş. Oxu.az-ın əldə etdiyi məlumata görə isə 52 yaşlı rəis müavini qaraciyər transplantasiyası zamanı vəfat edib.