Polisə qeyri-adi səlahiyyət verildi – “Bütün cinayətkarlar “Gucci” papaqları geyinir?”backend

Polisə qeyri-adi səlahiyyət verildi – “Bütün cinayətkarlar “Gucci” papaqları geyinir?”

Avropa ölkələri arasında silahlı hücumların və cinayətkarlığın Albaniyadan sonra ən çox tüğyan etdiyi İsveçdə narkotik ticarəti ilə mübarizədə qeyri-adi üsuldan istifadəyə start verilib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, İsveç polisi cinayətkarlığın yüksək olduğu yerlərdə şübhəliləri yoxlamaq məqsədilə istədiyi şəxsi saxlaya biləcək.

Pilot layihəyə görə, polis əməkdaşlarına bəzi məntəqələrdə yoldan keçənlərin və onların nəqliyyat vasitələrinin, hətta onların cinayət törətməsinə dair konkret şübhə olmasa belə, axtarışına icazə veriləcək.

Axtarış meyarlarına “paltar tərzi”, “deviant davranış” və digər “risk profilləri” daxildir. Bu təcrübələr polisin silah zorakılığının “konkret təhlükəsi” olduğuna inandığı ərazilərdə, məsələn, son atışmaların baş verdiyi məhəllələrdə keçiriləcək. İcraya martın sonunda başlanacağı gözlənilir.

İsveç parlamentinin üzvü Martin Melin deyib: “Gucci papağı taxan hər kəs cinayətkar dəstə üzvü deyil, lakin bir çox cinayətkarlar saxta “Gucci” papaqları geyinirlər”.

Siyasətçilər dəstə üzvlərinin əksəriyyətinin birinci və ya ikinci nəsil immiqrantlar olduğunu nəzərə alaraq, bunun pis praktiki nəticələrinin olacağı barədə xəbərdarlıq edirlər.

Ombudsman Lars Arrhenius insanların etnik mənsubiyyətinə görə saxlanacağından narahat olduğunu bildirib.

Arrhenius açıqlamasında deyib: “Bizim fikrimizcə, bu təklif həyata keçirilməməlidir. Polisin obyektiv əsaslandırma olmadan insanları saxlaması qəbuledilməz ayrı-seçkilik riskləri yaradır”.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*