Polşa da nüvə dövlətinə çevrilmək istəyirbackend

Polşa da nüvə dövlətinə çevrilmək istəyir

“Yaxın bir neçə ildə Varşava üçün nüvə silahı və nüvə dövləti statusu əldə etmək tamamilə mümkündür”.

KONKRET.az xəbər verir ki. bu fikirləri RFM 24 radiostansiyasının efirində istefada olan polşalı general Yaroslav Kraşevski bildirib.

“Hesab edirəm ki, bu ssenari olduqca realdır. Nüvə imkanlarına malik olanların təhlükəsizliyi çox yüksək səviyyədədir. Adətən belə ölkələrə hücum edilmir və lokal böhrana səbəb olan hər hansı aksiyanın həyata keçirilməsi ehtimalı nəzərə alınmır”, – Kraşevski bildirib.

O, Polşanın nüvə arsenalına yiyələnməsinə qarşıdakı illər üçün vəzifə kimi baxdığını vurğulayıb.

General Ukraynada hərbi əməliyyatlar başa çatdıqdan sonra güclərin nüvə balansına yenidən baxılacağını təklif edib. Hərbçi onu da qeyd edib ki, Rusiyanın hərbi qüdrətinin güclənməsi səbəbindən Polşanın nüvə silahına malik olması lazımdır.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*