Polşa Kommunist Partiyasını bağlamaq istəyirbackend

Polşa Kommunist Partiyasını bağlamaq istəyir

Polşa Baş Prokurorluğu Kommunist Partiyası ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət edib.

KONKRET.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Polşa Kommunist Partiyasının üzvləri ölkədəki demokratik düzəni pozur.

“Onların hədəfi XX əsrdə totalitar siyasət həyata keçirən kommunist partiyalarının hədəfləri ilə eynidir. Onların üzvləri açıq şəkildə Rusiyadakı Oktyabr inqilabına bənzər bir inqilaba çağırırlar. Baş prokuror hesab edir ki, Polşa Kommunist Partiyasının məqsəd və fəaliyyətləri konstitusiyaya zidd hesab olunduğu üçün fəaliyyəti dayandırılmalıdır”, – məlumatda qeyd olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*