Polşa şirkətlərə 3,7 milyard dollar yardım edəcəkbackend

Polşa şirkətlərə 3,7 milyard dollar yardım edəcək

Polşa hökuməti elektrik enerjisi və qaz qiymətlərinin artması səbəbindən əlavə xərclər çəkməli olan şirkətlərə dəstək üçün 2024-cü ilə qədər 17,4 milyard zloti (3,7 milyard dollar) ayırmağı nəzərdə tutan qanun layihəsini qəbul edib.

KONKRET.az xəbər verir ki, bu barədə Polşa hökumətinin yaydığı məlumatda deyilir.

Belə ki, hökumət 2022-2024-cü illərdə elektrik enerjisi və təbii qazın qiymətlərinin artması ilə əlaqədar sahibkarlara 17,4 milyard zlot məbləğində dövlət yardımı göstərəcək ki, bunun da 5 milyarddan çoxu bu il olacaq.

Qeyd edək ki, Polşada 2022-ci ildə qazın qiyməti ötən illə müqayisədə 420%, elektrik enerjisinin qiyməti isə 263% artıb.

Polşa Nazirlər Kabineti qeyd edib ki, bəzi Polşa şirkətləri, məsələn, keramika və ya metallurgiya sənayesi artıq müəyyən məhsulların istehsalını dayandırmaq məcburiyyətində qalıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*