Bunu etsə, “Zelenskinin başından tac düşməzdi” – Polşa ilə gərginlikbackend

Bunu etsə, “Zelenskinin başından tac düşməzdi” - Polşa ilə gərginlik

Ukrayna Prezidenti Volodimir Zelenski ilə Polşanın yeni seçilmiş prezidenti Karol Navrotski arasında ilk rəsmi görüşün harada baş tutacağı ilə bağlı gərginlik yaranıb.

KONKRET.az bildirir ki, Navrotskinin administrasiyası bəyan edib ki, əgər Zelenski danışıq istəyirsə, Varşavaya gəlməlidir.

Ukraynanın Polşadakı səfiri Vasıl Bodnar xatırladıb ki, Kiyev Navrotskinin Ukraynaya səfəri üçün bir neçə tarix təklif edib və bildirib ki, diplomatik ənənəyə görə, yeni seçilmiş lider ilk növbədə qonşu ölkəni ziyarət edir.

Navrotski isə “simmetriya” tələb etdiyini vurğulayıb və Zelenskini Varşavaya dəvət edib, həmçinin “Polşa xalqına minnətdarlıq” gözlədiyini deyib. Zelenski isə Parisə səfəri zamanı Polşa ərazisindən keçsə də, Navrotski ilə görüşməyib.

Polşanın xarici işlər naziri Radoslav Sikorski vəziyyəti tənqid edərək bildirib ki, Zelenski görüş xahiş etsəydi, “başından tac düşməzdi”, lakin Navrotskinin “təmtəraq tələbləri” də yerinə düşmür.

Qeyd edək ki, Navrotski seçki kampaniyasında Ukraynanı kəskin şəkildə tənqid etmişdi.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*