Polşanın keçmiş prezidenti Lex Valensa Avropa İttifaqının dağılmasına və yenidən yaradılmasına çağırıb. Onun fikrincə, yeni quruma Polşa və Macarıstan daxil edilməməlidir.
KONKRET.az lenta.ru-ya istinadən xəbər verir ki, Polşanın keçmiş lideri bu təklifi “İnteria”ya müsahibəsində səsləndirib.
Onun sözlərinə görə, Avropa Komissiyası koronavirus pandemiyasından sonra Polşanın milli bərpa planı ilə razılaşarsa, bu, məğlubiyyət olacaq:
“Avropa İttifaqı Polşa ilə güzəştə getmək əvəzinə, dağılmalı və bir dəqiqədən sonra Almaniya və Fransanın əsasında Polşa və Macarıstansız yeni bir cəmiyyət yaratmalıdır”.
Polşanın keçmiş prezidenti qeyd edib ki, ideya sadə olsa da, ona qulaq asmayacaqlar, çünki dövlət yeni birliyə qoşulmaq istəsə, girişdə həm hüquq, həm də öhdəliklərlə razılaşmalı olacaq.
Valensa əlavə edib ki, onları “elə quraşdırmaq lazımdır ki, bu gün baş verənlər bir daha təkrarlanmasın”.
İyunun 1-də Avropa Komissiyası koronavirus pandemiyasından zərər çəkmiş Polşa iqtisadiyyatı üçün ümumi dəyəri 35 milyard avrodan çox olan bərpa planını təsdiqləyib. Bunun 23,9 milyardı ölkəyə qrant, 11,5 milyardı isə kredit kimi veriləcək.
Roman Göytürk,
KONKRET.az
