Poqosyan Ramiz Yunusu ölümlə hədələdi: Siz çaqqalları…backend

Poqosyan Ramiz Yunusu ölümlə hədələdi: Siz çaqqalları…

Ermənistan prezidentinin milli təhlükəsizlik üzrə baş məsləhətçisinin keçmiş köməkçisi, Silahlı Qüvvələrin Baş Qərargah rəisinin keçmiş müşaviri olan Vladimir Poqosyan uzun illərdir ki, Amerika Birləşmiş Ştatlarında yaşayan politoloq Ramiz Yunusu ölümlə hədələyib.

KONKRET.az axar.az-a istinadən xəbər verir ki, bu barədə o, Teleqram kanalında yazıb.

Poqasyanı hiddətləndirən isə Ramiz Yunusun “şadam ki, Zori Balayan ölməyib və Bakıda keçirilən məhkəməni görüb, sonra gəbərsin” sözləri olub.

Bu sözlərə etiraz edən Poqosyan Ramiz Yunusa ehtiyatlı davranmağı tövsiyə edib. Hətta Ramiz kimi danışan birinin partladılmasını yazmaqdan çəkinməyib. Lakin söhbətin kimdən getdiyini qeyd etməyib:

“Bu çaqqala cavab verəcəm. Özün gəbərəcəksən. Sənin kimi birisi var idi, burda – nə bilim nə etmək istəyirdi – artıq partladıllb. Sizi dünyanın hər yerində taparıq. Ayaqlarınızın, çarpayının, maşının altına diqqətlə baxın. Vaxt gələcək ki, siz çaqqalları məhkəmə yox, bizim əsgərimiz yerindəcə mühakimə edəcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*