Amerikalı pornoaktrisa Rayli Rid abunəçilərə peşəsinin xoşagəlməz nəticələri barədə danışıb.
KONKRET.az Ukrayna mediasına istinadən xəbər verir ki, o, bu haqda özünün YouTube kanalında söz açıb.

Rayli Rid çox vaxt tək qaldığını və özünü kədərli hiss etdiyini etiraf edib. Aktrisa iki il bir gənc oğlanla görüşdüyünü söyləyib. Ancaq o, işi ilə əlaqədar aktrisanı atıb. Oğlan bəzən qızı öpəndə murdar olduğunu deyib.
Rayli qeyd edib ki, o, bir çox kişilərin qazandıqlarından daha çox pul qazanır.
Pornoulduz ailəsinin ondan peşəsinə görə üz döndərdiyini bildirib. Əvvəlcə anası onu dəstəkləyib. Ancaq sonra başa düşüb ki, anasına yalnız pul lazımdır. Hazırda onlar ünsiyyət saxlamırlar.
Rayli atası ilə də əlaqə saxlamır. Atası və onun hazırkı arvadı peşəsinə görə onunla bir yerdə görünməkdən utandıqlarını deyiblər.
“Pornoya görə ailəni itirdim”, – Rid yekunlaşdırıb.
Qızın videosu artıq 11 min bəyənmə qazanıb. Rayli təxminən 192 min istifadəçi tərəfindən izlənilib.
Rayli Rid 2011-ci ildə 19 yaşında böyüklər üçün filmlərdə çəkilməyə başlayıb. Bu günədək o, 800 filmdə oynayıb. O, porno sənayesi sahəsində doqquz mükafata malikdir. 2019-cu ildə Pornhub onu Lana Rouds və Mia Xəlifədən sonra ən populyar aktrisalardan biri adlandırıb.
Babək Göyüş
KONKRET.az
