Prezident Azərbaycanın Fələstində Təmsilçilik Ofisinin fəaliyyətinin təmin edilməsi barədə sərəncam imzaladıbackend

Prezident Azərbaycanın Fələstində Təmsilçilik Ofisinin fəaliyyətinin təmin edilməsi barədə sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycanın Fələstin Dövlətində (Ramallah şəhərində) Təmsilçilik Ofisinin fəaliyyətinin təmin edilməsi haqqında sərəncam imzalayıb.

KONKRET.az xəbər verir ki, sərəncamla Nazirlər Kabinetinə müvafiq məsələ ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirilmə məsələlərini həll edilməsi tapşırılıb.

Eyni zamanda Xarici İşlər Nazirliyi Təmsilçilik Ofisinin strukturunu və ştat cədvəlini təsdiq etməlidir.

Dövlət başçısı eyni zamanda, “Azərbaycan Respublikasının Fələstin Dövlətində (Ramallah şəhərində) Təmsilçilik Ofisinin təsis edilməsi haqqında” qanunu imzalayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*