Prezident Laosun yeni səfirinin etimadnaməsini qəbul etdi – YENİLƏNİBbackend

Prezident Laosun yeni səfirinin etimadnaməsini qəbul etdi - YENİLƏNİB

Prezident İlham Əliyev fevralın 7-də Laos Xalq Demokratik Respublikasının Azərbaycana yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Vilavan İyapohenin etimadnaməsini qəbul edib.

KONKRET.az xəbər verir ki, səfir etimadnaməsini dövlət başçısına təqdim edib.

Sonra Prezident İlham Əliyev səfirlə söhbət edib.

Dövlət başçısı iki ölkə arasında yaxşı siyasi münasibətlərin olduğunu bildirib, iqtisadi-ticari əlaqələrin genişləndirilməsi üçün səylərin artırılmasının vacibliyinə toxunub. Prezident İlham Əliyev bu xüsusda müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin, həmçinin turizm imkanlarının və biznes strukturları arasında birbaşa əlaqələrin yaradılmasının vacibliyini vurğulayıb.

Dövlət başçısı Azərbaycanla Laos arasında həm BMT, həm də Qoşulmama Hərəkatı çərçivəsində yaxşı əlaqələrin olduğunu və beynəlxalq təşkilatlarda qarşılıqlı dəstəyin önəmini qeyd edib. Prezident İlham Əliyev BMT-dəki islahatlar çərçivəsində Qoşulmama Hərəkatına sədr dövlətin rotasiya əsasında BMT Təhlükəsizlik Şurasında təmsil olunması ilə bağlı Azərbaycanın təklifinin əhəmiyyətini vurğulayıb.

Səfir Laos Prezidenti Thonqlun Sisulitin salamlarını dövlət başçısına çatdırıb.

Prezident İlham Əliyevə salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Laos Prezidentinə çatdırmağı xahiş edib.

Ölkəmizdə olmaqdan məmnunluğunu bildirən səfir Bakının gözəlliyinin onu heyran etdiyini deyib. Sovet dövründə çoxlu sayda laoslu tələbənin Azərbaycanda təhsil aldığını qeyd edən Vilavan İyapohe hazırda onların Laosda müxtəlif sahələrdə uğurla fəaliyyət göstərərək ölkənin inkişafına töhfə verdiklərini bildirib.

Səfir ölkələrimiz arasında iqtisadi və turizm sahələrində əlaqələrinin inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu diqqətə çatdırıb.

***

11:49

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 7-də Laos Xalq Demokratik Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Vilavan İyapohenin etimadnaməsini qəbul edib.

KONKRET.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*