Prezident Özbəkistana səfər EDƏCƏKbackend

Prezident Özbəkistana səfər EDƏCƏK

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 22-23-də Özbəkistanda dövlət səfərində olacaq.

KONKRET.az xəbər verir ki, bu barədə informasiyanı “president.uz” saytı yayıb.

Proqrama uyğun olaraq, Daşkənd şəhərində Özbəkistan və Azərbaycan liderlərinin sədrliyi ilə ən yüksək səviyyədə danışıqların və Ali Dövlətlərarası Şuranın ilk iclasının keçirilməsi planlaşdırılır.

Sammitin gündəliyinə Özbəkistan-Azərbaycan strateji tərəfdaşlıq və çoxşaxəli əməkdaşlıq münasibətlərinin daha da dərinləşdirilməsi və genişləndirilməsi məsələləri daxil edilib.

Qarşılıqlı ticarət dövriyyəsinin artırılması, əməkdaşlıq layihələrinin yeni portfelinin formalaşdırılması, işgüzar əlaqələrin, o cümlədən regionlararası mübadilə çərçivəsində inkişaf etdirilməsi, nəqliyyat-kommunikasiya potensialının açılması, mədəni-humanitar əlaqələrin intensivləşdirilməsi də müzakirə predmeti olacaq.

Prezidentlərin iki ölkənin biznes nümayəndələri ilə birgə görüşü, bir sıra işgüzar və mədəni tədbirlərdə iştirakı da nəzərdə tutulub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*