Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Fərid Seyidov Prezident Administrasiyanın Hərbi məsələlər şöbəsinə müdir təyin edilib.
Qeyd edək ki, sözügedən vəzifəni ötən ilin dekabr ayına kimi Məhərrəm Əliyev tutub. O, 2023-cü ilin dekabrın 9-da vəzifəsindən azad edilərək Belarusda fövqəladə və səlahiyyətli səfir təyin olunub.
KONKRET.az-ın əldə etdiyi məlumata görəə, Fərid Seyidov indiyədək sözügedən şöbədə müdir müavini vəzifəsini icra edib.
Bu ilin yanvarın 11-də Fərid Mirmufid oğlu Seyidov Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsi müdirinin müavini təyin edilib. O, həmin gündən sözügedən şöbənin sədrinin də vəzifələrini icra edib. (Modern.az)