Prezidentliyə namizədlərin sayı 15-ə çatdı – SİYAHI\YENİLƏNİBbackend

Prezidentliyə namizədlərin sayı 15-ə çatdı - SİYAHI\YENİLƏNİB

Azərbaycanda prezidentliyə namizədliyi irəli sürülənlərin sayı 15 nəfərə çatıb.

KONKRET.az xəbər verir ki, Mərkəzi Seçki Komissiyası dekabrın 19-da İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqləyib.

İlham Əliyevin prezidentliyə namizədliyi dekabrın 15-də Yeni Azərbaycan Partiyasının İdarə Heyəti tərəfindən irəli sürüb.

MSK dekabrın 21-də namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc və Fuad Əliyev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayevin namizədliyinin irəli sürülməsini təsdiqləyib.

Beləliklə, 7 nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiqlənib.

Öz təşəbbüsü ilə prezidentliyə namizədliyi irəli sürülən digər 8 nəfərlə bağlı məsələyə MSK-nın növbəti iclaslarında baxılacaq. Həmin şəxslər aşağıdakılardır:

– Sərvan Kərimov

– Mətləb Mütəllimli

– Abutalıb Səmədov

– Fikrət Yusifov

– Yusif Bağırzadə

– Arzuman Abdulkərimov

– Yunus Oğuz

– Qulamhüseyn Əlibəyli.

Xatırladaq ki, 7 fevral 2024-cü ildə Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək.
16:35

Növbədənkənar prezident seçkilərində prezidentliyə namizədlərin sayı 15-ə çatıb.

KONKRET.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

MSK sədri bildirib ki, 7 namizədin irəli sürülməsi artıq təsdiq olunub, 8 namizədin təsdiq olunması üçün işlər aparılır.

  • Omer
    Dekabr 24, 2023 - 12:01

    Bunlar hamisi qalib prezdentimize qarsidirmi? Ayib deyilmi? Yaxsi fikirlesin

  • Əfrail Səfərov
    Dekabr 24, 2023 - 20:34

    Onların adları ancaq seçgi siyahısına düşə bilər.Başçı igid,Qəhrəman,Qorxmaz,Xalqını sevən biri olmalıdır,O,da Müzəffər ,Yenilməz, Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin.

  • Xaqani
    Dekabr 25, 2023 - 21:51

    Kəlbəcəri,Laçını,Şuşanın və.s digər əsrarəngiz gözəlliyə malik doğma yurdlarımızı biz gənc nəsilə sürpriz edən sərkərdəni seçməmək vicdansızlıq olar.Burdan qaçqınlara səslənirəm
    bizim taleyüklü məsələlərimizi həll edən və həll edəcək yeganə şəxsiyyət İlham Heydər oğlu Əliyevdi! Hamımız bir nəfər kimi seçki hüququmuzdan istifadə edərək Cənab prezidentimizi yenidən seçəcəyik!Yaşasın,var olsun Əliyevlər!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*