Priqojin Baxmutda öldürülən “vaqnerçilər”in sayını AÇIQLADIbackend

Priqojin Baxmutda öldürülən “vaqnerçilər"in sayını AÇIQLADI

Priqojin Baxmutda “vaqnerçilər”in itkisini açıqlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Vaqner”in yaradıcısı Yevgeni Priqojin özü bildirib.

“Vaqner” bölmələri Ukraynanın Donetsk vilayətində Baxmut uğrunda döyüşlərdə təxminən 20 min insan itirib, onların yarısı dustaq idi,

“Əməliyyat zamanı mən 50 min məhbus seçdim, onların təxminən 20%-i öldü. Müqavilə əsasında “Vaqner”ə qoşulanlarla eyni sayda dustaq ölüb”, – deyə Priqojin bildirib.

Onun “hesablamalarına görə, Ukrayna Silahlı Qüvvələri tərəfindən 50 min əsgər öldürülüb.

“Mənim hesablamalıarıma görə, Ukrayna 50 min rus əsgərini öldürüb, daha 50-70 min əsgər yaralanıb”, – o əlavə edib.

Qeyd edək ki, bu məlumatın rəsmi təsdiqi yoxdur.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*