ŞOU BİTDİ: “Vaqner” geri qayıdır – VİDEObackend

ŞOU BİTDİ: “Vaqner” geri qayıdır - VİDEO

Belarus Prezident Administrasiyasının ölkə başçısı Aleksandr Lukaşenko ilə “Vaqner” rəhbəri Priqojinin gün ərzində danışıqlar aparması və razılaşmaları barədə rəsmi məlumat təsdiqlənməkdədir.

KONKRET.az xəbər verir ki, Priqojin son proseslərlə bağlı səs yazısı yayıb.

“Biz 23 iyunda “Ədalət Yürüşü”nə çıxdıq. Sutka ərzində uzun yol qət etdik, Moskvanın 200 km-liyinə qədər gəldik. Bu müddət ərzində biz döyüşçülərimizin bir damcı da qanını tökməmişik.

İndi qan tökülə bilən an gəlib çatdı. Buna görə də bütün məsuliyyəti dərk edərək, rus qanının töküləcəyini anlayaraq, biz öz kolonumuzu geri döndəririk və əks istiqamətdə səhra düşərgəsinə yola düşürük”.

Qeyd edək ki, az öncə Priqojinin Lukaşenko ilə razılaşma əldə edə bilmədiyi barədə Teleqram kanalında yazısının feyk olduğu üzə çıxıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*